Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi

DAXİLİ SİYASƏT 10 mar 2023, 10:34
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.

Demokrat.az
xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.(Qafqazinfo)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top