Nazirlik Xalq artistinə yardım göstərəcək

MƏDƏNİYYƏT 09 mart 2023, 20:23
Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılıb və onların istəkləri dinlənilib.

Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, - məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top