“Trabzonspor” “Bazel”lə oyundan yığılacaq gəlirləri zəlzələ bölgəsinə göndərəcək

İDMAN 13 fev 2023, 23:55
"Trabzonspor" Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununda əldə olunacaq gəlirləri Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) göndərəcək.

Demokrat.az
“Fotomaç”a istinadən xəbər verir ki, bu barədə Qara dəniz klubunun prezidenti Əhməd Ağaoğlu deyib.

Klub rəhbəri "A Spor" telekanalına açıqlamasında bildirib ki, onlar klubdakı bütün qışlıq məhsullarını zəlzələ bölgəsinə yollayıblar.  Həmçinin, Trabzondan valilik təşkilatı ilə fəlakət zonasına 200-dən çox TIR dolu yardım daxil olub. 

Klub prezidenti 40 minədək bilet satmağı hədəflədiklərini bildirib və əldə olunan pulları AFAD-a göndərəcəklərini açıqlayıb.

Qeyd edək ki, “Trabzonspor” İsveçrənin “Bazel” klubu ilə fevrallın 16-da Konfrans Liqasının ilk pley-off mərhələsinə çıxacaq.

Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top