“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” — VİDEO

GÜNDƏM 13 fev 2023, 17:48
Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” sözlərini deyib. Bunun qarşılığında tibbi personal ona ən yaxşı xidməti göstərəcəyini bildirib.

Emine Doğulu təcili yardım maşını ilə səhra xəstəxanasına yerləşdirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top