Laçın-Xankəndi yolundakı aksiya 64 gündür davam edir FOTO

SİYASƏT 13 fev 2023, 08:55

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Demokrat.az xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 64- cü günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -9 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top