Türkiyə səfirinin müşaviri: "Azərbaycan yas tutur, kimsənin kefi yoxdur"

SİYASƏT 12 fev 2023, 17:26

“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalın tviterdə yazıb.

O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top