Zelenski Türkiyə Səfirliyini ziyarət etdi — VİDEO

GÜNDƏM 11 fev 2023, 19:55
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki Səfirliyini ziyarət edib.

Demokrat.az xəbər verir ki, Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldere prezidenti Volodimir Zelenskini qarşılayıb.

Prezident Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərdən kədərləndirdiyini bildirib.

Daha sonra Zelenski matəm kitabına ürək sözlərini yazıb.
 
Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top