Hatayda çökən xəstəxanada bir əsgər şəhid oldu

REGİON 10 fev 2023, 12:19
Hatayda əsgər Ferhat Günaçti köçürüldüyü xəstəxananın çökməsi nəticəsində şəhid olub.

Demokrat.az
xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Hatayda köçürüldüyü xəstəxananın zəlzələ səbəbilə dağılması nəticəsində qəhrəman silahdaşımız müqaviləli piyada əsgər Ferhat Günaçti 9 fevral tarixində şəhid olub. Bizləri dərin ağrı və kədərə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə başsağlığı və millətimizə səbr diləyirik"

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top