İrandakı səfirliyimizin əməkdaşlarının Bakıda tibbi müayinəsi keçirilir

SOSİAL 10 fev 2023, 10:13
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının "Yeni Klinika"da tibbi müayinəsi həyata keçirilir.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, onların bir qisminin müayinəsi artıq başlayıb.

Digərlərinin də müayinəsi mərhələli şəkildə aparılacaq.

Səfirlik əməkdaşlarına psixoloji xidmət göstəriləcək, qan analizi götürüləcək və ehtiyac olarsa, digər müayinələrdən də keçəcəklər.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top