"Azərbaycan bu il Xankəndi məsələsini həll etməlidir" — Politoloq

SİYASƏT 09 fev 2023, 19:20
"Ruben Vardanyan Xankəndidə təlimatlara görə qaçırılıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, Vardanyan Qarabağdakı separatçılara böyük vədlər verib, indi isə onun arxasında dura bilmir:

"Ümumiyyətlə, varlı milyarderlərin postsovet məkanında hakimiyyətə gəlməsiylə bağlı həm Qərb, həm də Rusiya tərəfindən həyata keçirilmiş nümunələri var. Biz bunu Lukaşenkoda, İvanişvilidə görə bilərik. İndi də Ermənistanda bunu həyata keçirmək istəyirlər. Əvvəllər Rusiya tərəfindən belə bir versiyanın həyata keçirilməsinə cəhd edilmişdi, düzdür, o zaman uğursuzluğa düçar oldu. Yəni, Paşinyan araya girdi və oyunu pozdu, əslində, Qərb pozdu. İndi Vardanyanın simasında bunu edə bilərlər. Nə qədər bunu bacaracaqlar, nə qədər alınacaq bu başqa məsələdir. İstənilən halda, bu il Xankəndi məsələsini Azərbaycan həll etməlidir. Çünki Ermənistanda da get-gedə antirusiya dalğası daha da böyüyür. Lavrovun belə son çıxışında Azərbaycanın ərazi bütövlüyünü rəsmən təsdiqləməsini də təsadüfi saymıram. Bu, Rusiya- Ermənistan arasında gərginliyin göstəricisidir. Bizə də bu gərginlikdən istifadə etmək qalır".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top