Bakıda ana və iki övladını qətlə yetirməkdə təqsirləndirilən şəxs ömürlük həbs olunub

HADİSƏ 09 fev 2023, 18:10

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevə hökm oxunub və o, ömürlük azadlıqdan məhrum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda elan edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi kimi 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top