Güclü külək Bakıda ağacları qırdı — VİDEO

HADİSƏ 09 fev 2023, 10:32
Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. 

Bu barədə Demokrat.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Rəsmi məlumata görə, Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib. 

Sözügedən hallar əsasən, paytaxtın Xətai rayonu Məzahir Rüstəmov 26, Xətai Rüstəmov küçəsi, Nizami rayonu Çobanzadə küçəsində, Yasamal rayonu Vahabzadə küçəsində qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top