Zelenski Fransada Makron və Şoltsla görüşüb

DÜNYA 09 fev 2023, 10:19
Fransanın paytaxtı Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

APA BFM TV-yə istinadən xəbər verir ki, görüşdən sonra ölkə liderləri mətbuata açıqlama veriblər.

“Biz Ukraynanın tərəfindəyik, onu qələbəyə qədər müşayiət etmək əzmindəyik”, - deyə Makron bildirib.

Zelenski isə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah tədarükü ilə bağlı məlumatı xatırladıb.

E. Makron isə cavabında Fransa və Avropa İttifaqının Ukraynaya silah verilməsini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top