Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi: Daha 8 rusiyalı daxil edildi

DÜNYA 08 fev 2023, 23:53
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 15 yeni maddə əlavə edib.

Sənədin yenilənmiş variantı Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Sanksiyalara xüsusilə “RT-komplekt”, “Oboronlogistika”, “Zavod Universalmaş” ASC, “Topaz” Elmi-İstehsalat Müəssisəsi” ASC, “Lipetsk Mexanika Zavodu” MMC, həmçinin “Kalaşnikov” konserninin bir hissəsi olan və dronların istehsalı üzrə ixtisaslaşan “ZALA AERO GROUP Pilotsuz sistemlər” İjevsk şirkəti məruz qalıb ki, aşkar olunacaqları təqdirdə onların ölkədəki aktivlərinin dondurulması nəzərdə tutulub. Xarici İşlər Nazirliyindən iddia edilib ki, bu şirkətlər Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində iştirak ediblər.

Eyni zamanda Britaniyanın sanksiyalar siyahısına səkkiz rusiyalı daxil edilib. Sanksiyalara Rusiya Federasiyası Prezidenti yanında Sahibkarların Hüquqları üzrə Müvəkkil Boris Titov, onun oğlu, sahibkar Pavel Titov, “Delovaya Rossiya” ictimai təşkilatının rəhbəri, “Regnum” agentliyinin sahibi Sergey Rudnov və “Rossiya” bankının səhmdarı Svetlana Krivonoqix məruz qalıb. Həmçinin “Aerostart” şirkətinin sahibi Viktor Myaçin, “R-Pharm” şirkətlər qrupunun direktorlar şurasının sədri Aleksey Repik, “Birləşdirilmiş Enerji Sistemləri” şirkətinin direktorlar şurasının sədr müavini Yevgeni Şklova, həmçinin Londonun “Energetika. Birlik. Uğur” MMC-nin sahibi adlandırdığı, Antipinski Neft Emalı Zavodunun keçmiş direktoru Nikolay Yeqorova qarşı da məhdudiyyətlər tətbiq edilib.

Bu şəxslərin hamısının Böyük Britaniya ərazisinə daxil olması qadağan edilib. Onların ölkədəki aktivləri aşkar edilərsə, dondurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top