Meksika dağıntıların boşaldılmasına kömək etmək üçün Türkiyəyə bəzi axtarış-xilasetmə itlərini göndərir.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki,16 təlim keçmiş itin olduğu təyyarə paytaxt Mexikodan yola düşüb.
Qeyd edək ki, zəlzələlərin tez-tez baş verdiyi Meksikada ekspert mülki və hərbi axtarış-xilasetmə qrupları mövcuddur.
Həmçinin, 2017-ci ildə ölkədə baş verən zəlzələ zamanı itlər insanların həyatını xilas etməkdə oynadıqları rola görə çox yüksək qiymətləndirilib.
Aysun Demokrat.az

