Ərdoğan: “NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq”

REGİON 06 fev 2023, 17:14
“Ümid edirəm ki, biz ölkə, millət olaraq birlik və həmrəylik içində bu faciəli günləri arxada qoyacağıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

R.T.Ərdoğan bildirib ki, hazırda Türkiyəyə yardım göstərmək istəyən dövlətlər ölkə rəhbərliyinə müraciət edir:

“NATO və Avropa Birliyi ilə yanaşı, 45 ölkədən də yardım təklifi almışıq”.

Türkiyə lideri vurğulayıb ki, ölkənin hər yerindən zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, avadanlıqlar, yardım materialları göndərilir və xilasetmə işləri üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək:

“Hazırda 9 min kişi axtarış-xilasetmə işlərində iştirak edir və bu say zəlzələ bölgəsində artmaqda davam edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top