Qurban Yetirmişli: “Türkiyədəki təkanların Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur”

GÜNDƏM 06 fev 2023, 14:19
“Azərbaycanda zəlzələnin təsirini tək-tük insan hiss edib”.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O xatırladıb ki, yanvarın 28-də İranın Xoy şəhərində də zəlzələ baş verib:

“Həmin zəlzələnin episentri Naxçıvandan təxminən 92-98 kilometr uzaqda idi. Onun təsiri beş baldan üç bala qədər Naxçıvanda hiss edilmişdi. İndiki halda zəlzələ episentri ilə Naxçıvan arasında 700-800 kilometr var. Bu zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top