İsrail Türkiyəyə yardım göndərəcək

XARİCİ SİYASƏT 06 fev 2023, 10:54
İsrailin xarici işlər naziri Eli Koen Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib.

Demokrat.az
xəbər verir ki, nazir bu barədə “Twitter“də yazıb.

“Dünən gecə Türkiyənin cənubunda baş verən şiddətli zəlzələ ilə əlaqədar İsrail dövləti adından türk xalqına dərin hüznlə başsağlığımızı bildirirəm. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik. Mən Xarici İşlər Nazirliyinə ağır fəlakətlə mübarizə üçün Türkiyəyə sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım” – nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top