Cənubi Koreya sahillərində 9 nəfər itkin düşüb

DÜNYA 05 fev 2023, 08:32

Cənubi Koreyaya məxsus balıqçı gəmisi ölkənin cənub-qərb sahillərində batıb, 9 nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qəza adadan 16 km aralıda baş verib. Xəbərdə deyilir ki, üç ekipaj üzvü yaxınlıqdakı gəmisinə götürülüb, doqquz nəfərin fövqəladə trol gəmisində olduğu ehtimal edilir.

Cənubi Koreya Prezidenti Yun Sok Yol itkin düşənlərin xilas edilməsi üçün maksimum səy göstərməyə çağırıb və sahil mühafizəsinə axtarış ərazisini genişləndirməyi tapşırıb.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top