Qurban Qurbanov Gəncə terrorunda ailəsini itirən Nilayla görüşdü — FOTO

SOSİAL 04 fev 2023, 14:53
“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün Gəncəyə səfərə yollanıb. 
 
Ağdam klubunu yerli azarkeşlər xoş qarşılayıb. Onlar futbolçularla və məşqçi heyəti ilə görüşüb.
 
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən balaca Nilayla da görüşüb.
 
Qeyd edək ki, erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir. /Qafqazinfo/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top