Azərbaycanda imam namaz vaxtı vəfat etdi

HADİSƏ 03 fev 2023, 17:04
Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib. 

Medicina.az xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb. 

Onun ürək tutmasından keçindiyi bildirilir. 

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində almışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top