İranda etirazlar davam edir: “Bəsic” qüvvələrinə məxsus baza yandırıldı

REGİON 03 fev 2023, 15:00
İranda molla rejiminin insan haqlarını pozan idarəçiliyinə qarşı etirazlar davam edir.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, İranın və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib:

Etirazlarda "Diktatora ölüm!", “Əhrimənin simvolunu devir!”, "Xamneyiyə ölüm!", "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!" və digər şüarlar səsləndirilib.

Banklardan pul çıxarılması və pulun üzərinə şüarların yazılması kampaniyası da davam edir. 

Tehranın Dərbənd məhəlləsində sakinlər evlərinin pəncərələrindən rejimə qarşı şüar səsləndiriblər: "Diktatora ölüm!"

Tehranda eyni zamanda İslam İnqilabının qələbəsi mövzusunda hökumət baneri yandırılıb.

Əhvaz şəhərində etirazçılar “Bəsic” qüvvələrinə məxsus bazanı yandırıblar.

İlam əyaləti:

Abdanan şəhərində etirazçılar küçələrdə tonqallar yandıraraq yolu bağlayıb, rejimə qarşı "Diktatora ölüm!",  “Əhrimənin simvolunu devir!”, "Xamneyiyə ölüm!" şüarları səsləndiriblər.

Habelə, şəhərdə interneti tamamilə kəsilib. Küçələrdə silahlı döyüşçülər var.

İsfahan əyaləti:

İsfahanda etirazçılar küçələrə çıxaraq rejimə qarşı şüar səsləndirib: "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!"

Şəhre-Reza şəhərində məhkəmə binasına etirazçılar Molotov kokteyli atıblar.

Fuladşəhr şəhərində gecə hakimiyyətə qarşı şüarlar səsləndirilib.

Kirmanşah əyaləti: 

Kirmanşahda etirazçılar tərəfindən “Fəcr ongünlüyü” ilə bağlı hökumət banerləri yandırılıb.

Qəzvin əyaləti:

Qəzvin şəhərin divarlarına rejim əleyhinə şüarlar yazılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top