Artıq bütün kartlar açıldı: Gizli oyun oynamağa meydan qalmadı

SİYASƏT 02 fev 2023, 17:54
"İranın Azərbaycana qarşı olan düşmənçiliyi hər zaman var idi. Bu, təkcə son 30 ildə formalaşan bir şey deyildir. İkinci dünya müharibəsi dövründə Rusiya və İngiltərə İranı işğal edib, onun ərazisini faşist Almaniyasına qarşı tranzit ölkə kimi istifadə edirdi. Bu dövrdə azərbaycanlılar İranda Stalinin dəstəyi ilə Xiyabaninin başçılığı altında  Azərbaycan Milli Hökuməti qurmuşdular. Buna 21 Azər hərəkatı da deyilirdi.Müharibə başa çatandan sonra dünya güclərinin təzyiqi ilə sovet ordusu İran ərazisindən çıxdı. Bundan sonra Qərbin dəstəyi ilə Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. Politoloqun sözlərinə görə, Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir:

"Bu tarixin özü indi İranın fars rejiminin Azərbaycana qarşı niyə düşmən olduğunu sübut edir. Bu tarixdən bəlkə də bizim çoxlarımızın xəbəri olmasa da və ya unutsaq da, İran rejimi bunu unutmayıb. Hələ 1992ci ilin 8 mayında ermənilər Şuşanı işğal edəndə Azərbaycanın o zamankı rəhbərliyi İranda danışıq aparılması bəhanəsi ilə İrana dəvət olunmuşdu. Bunları ona görə deyirəm ki, İranın Azərbaycana qarşı bəslədiyi düşmən  münasibətin kökü indi  İranın saxtakar rejiminin dediyi kimi sərhəddəki İsrailin camış fermaları deyil.  Bunların kökü tarixdən gəlir və İran fars rejimi də bunu daim yaddaşında saxlayır. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Həm özü güclüdür, həm də güclü müttəfiqləri var. Bu da fars rejimini qorxuya salıb. Artıq bütün kartlar açılıb. Gizli oyun oynamağa meydan qalmayıb. İran da son kartlarını oynayır. Əcəl gələndə kimsənin gözünün yaşına baxmır. İranın molla rejiminin də əcəli çatıb, sadəcə ölümü kimin əlindən olacaq orası maraqlıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top