Müdafiə naziri: Türkiyə İsveçin NATO-ya üzvlüyünə “hə” deməyəcək

XARİCİ SİYASƏT 02 fev 2023, 15:32

“Türkiyə NATO-nun genişləndirilməsini dəstəklədiyini ilk gündən açıqlayıb”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir bildirib ki, bu mənada İsveçin və Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyənin mövqeyi ortadadır: “Üçtərəfli memoranduma əsasən, müvafiq addımların atılmasını gözləyirik. İsveç və Finlandiyada olan terrorçuların Türkiyəyə ekstradisiya edilməsini gözləyirik. Xüsusilə İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Bu öhdəliklər yerinə yetirilmədikcə, Türkiyə onun NATO-ya üzvlüyünə “hə” deməyəcək. Müqəddəs kitabımıza qarşı edilən ədəbsiz aksiyaları müdafiə ediblər. Bu, qəbuledilməzdir. İsveçli həmkarımla 21 yanvarda keçirilməli olan görüşümüzü biz ləğv etdik. Digər tərəfdən, Finlandiya tərəfindən atılan müsbət addımları izləyirik”.//apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top