Nurel Kərim bu təşkilata sədr seçildi — FOTO

SOSİAL 31 yan 2023, 16:38
Milli Mənafe Təşkilatının təsis qurultayı keçirilib.

Demokrat.az xəbər verir ki, qurultay Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü, azadlığı və milli dəyərləri uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Təsisçilərdən olan Nurel Kərim təşkilatın məqsəd və məramlarını auditoriyanın diqqətinə çatdırıb. Daha sonra idarə heyətinə namizədlər irəli sürülüb. Nurel Kərim, Manaf Talıbov, Zabit Cəlilov, Röya Quliyeva, David İbadov səs çoxluğu ilə təşkilatın idarə heyətinə seçilib.

Daha sonra İdarə Heyətinin səsverməsi nəticəsində Nurel Kərim yekdilliklə təşkilatın sədri, Manaf Talıbov sədr müavini seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top