Şeyx Əbdül "söyüş blogerləri"nə səsləndi: "Erməni-fars mənafeyinə xidmət etməyə son qoyun!"

GÜNDƏM 31 yan 2023, 15:44
"Erməni-fars ideoloqları yenə də suyu bulandırmağa və Azərbaycana qarşı məkrli oyunlar oynamağa başlayıblar. Onların hansı məqsədə xidmət etmələri Azərbaycan xalqına yaxşı məlumdur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor şeyx Əbdül Mahmudbəyov bildirib. 

Onun sözlərinə görə, Tehrandakı Azərbaycan Səfirliyində törədilən terror aktı beynəlxalq məsələ kimi dünyanın diqqətindədir:

"Bu, ölüm-dirim məsələsidir. O boyda terror aktı törədilib, İran Azərbaycan xalqından üzr istəmək əvəzinə özündən şou düzəldir. Mən hər aman demişəm ki, ermənilər və farslar eyni ideologiyaya xidmət edirlər. 

Mən rejissoram, yayılmış kadrlara dəfələrlə baxmışam. Səfirliyimizə edilən silahlı hücum açıq şəkildə əvvəlcədən planlaşdırımış terror aktıdır. Bu terror aktının arxasında da İranın böyük məqsədləri yatır". 

Şeyx Əbdül Azərbaycana qarşı xaricdən kampaniya aparan "söyüş blogerləri"nə də cavab verib:

"Xaricdəki "söyüş blogerləri"ndən olan Tural Sadıqlı və Orxan Məmmədov şəhid diplomatımızın ruhunu aşağılayaraq, İran molla rejiminin təlimatları ilə çıxış etməyə başlayıblar. Xaricdəki həmin blogerlər erməni-fars mənafeyinə xidmət edən məxluqlardır. Mən onlara müraciət edirəm: İranın təlimatları ilə Azərbaycana qarşı olan çirkin əməllərinizə son qoyun. Bu adamların satqın olmasına Azərbaycan xalqının zərrə qədər şübhəsi yoxdur. Onlar xalqımızın nifrətini qazanıblar".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top