Pakistanda məsciddə dəhşətli terror aktı: 59 ölü, 157 yaralı — VİDEO

DÜNYA 30 yan 2023, 23:31
Bu gün Pakistanın şimal qərbində yerləşən Peşəvər şəhərində məsciddə dəhşətli terror aktı törədilib. 

Demokrat.az
"Washington Post"-a istinadla xəbər verir ki, terror aktının üzərində bomba bağlanmış Taliban üzvü olan kamikadzelər tərəfindən törədilməsi ehtimal olunur. 

Terror aktı nəticəsində ən azı 59 nəfər həlak olub, 157 nəfər isə yaralanıb.

Terror aktı ilə bağlı məsuliyyəti "Tehreek-e-Taliban Pakistan" kimi tanınan Taliban üzvü Umar Mukarram Khorasani üzərinə götürüb. 

O, tviter hesabında terror aktını 2022-ci ilin avqustda Əfqanıstanda öldürülən lideri Umar Xalid Khorasaninin ölümündən qisas almaq məqsədilə törətdiyini bəyan edib. 



Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top