Dünyanın ən çox satılan avtomobil istehsalçısı "Toyota" olub

DÜNYA 30 yan 2023, 20:39
"Toyota" şirkətinin məlumatlarına görə, o, 2022-ci ildə 10 milyondan çox avtomobil satan rəqibi "Volkswagen"-i geridə qoyaraq dünyanın ən çox satılan avtomobil markası olub.

Demokrat.az xəbər verir ki, Yaponiyanın "Toyota Motor" Korporasiyası, "Covid-19" pandemiyasının çətinliklərinə baxmayaraq,  2022-ci ildə dünyanın ən çox satılan avtomobil istehsalçısı olub.

Şirkətin məlumatına görə, il ərzində təxminən 10,5 milyon avtomobil satılıb. 

Qeyd etmək lazımdır ki, "Toyota" üç il ardıcıl olaraq, ən çox satılan avtomobil istehsalçısı adını qoruyub saxlamaqdadır.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top