İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombalayıb — VİDEO

DÜNYA 30 yan 2023, 08:43
İsrail Hərbi Hava Qüvvələri İran ordusunun (SEPAH) yük maşını karvanını bombalayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "sm.news" portalı yazıb. 

Məlumata görə, SEPAH-ın avtomobil karvanı İraq və Suriya sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında qeydə alınıb.

Bildirilir ki, silah və kamikadze dron daşıyan 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. 

Hadisə yerində güclü yanğın baş verib.

Qeyd edək ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında da partlayışların baş verdiyi bildirilir. 

Məlumata görə, Mahabad şəhərində korpusun qərargahına hücumdan sonra yanğın baş verib. 

BAKU.WS

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top