Xorvatiya çempionatı: Mahir oynadı, komandası qələbə qazandı

İDMAN 29 yan 2023, 11:59
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"u bu gün Xorvatiya çempionatında 19-cu tur oyununa çıxıb. 

Demokrat.az xəbər verir ki, komanda "Lokomotiva"nı qəbul edib. Matç "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Dinamo"nun qollarını Stefan Rustovski (36-cı dəq.) və Martin Baturina (58) vurub. 

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 45 xalla 1-ci, "Lokomotiva" 19 xalla 7-cidir. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top