Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub

İDMAN 28 yan 2023, 09:29
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında növbəti çıxışını edib.

Demokrat.az xəbər verir ki, idmançı sərbəst proqramda 116.38 xal toplayaraq, 30 iştirakçı arasında 15-ci yeri tutub.

Qeyd edək ki, Səbinə Əliyeva qısa proqram üzrə çıxışını 45.27 xalla 10-cu pillədə tamamlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top