“Caliber”: “İran yenə Azərbaycan qanı tökdü” — VİDEO

REGİON 27 yan 2023, 23:52
“Yanvarın 27-də səhər Azərbaycan üçün təcili xəbərlə başladı: ölkəmizin Tehrandakı səfirliyinə basqın edilib, ölən və yaralananlar var.

Bir neçə dəqiqədən sonra məsələ ilə bağlı ətraflı məlumat verildi: səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov hücumun dəf edilməsi zamanı həlak olub. Cinayətkar həbs edilib”.

Demokrat.az xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.

“İlk dəqiqələrdən real terror aktı ilə üzləşdiyimizə və bunun arxasında da İran xüsusi xidmət orqanlarının əli olduğuna dair şübhələr yarandı. Ruhani rejimin ABŞ və Səudiyyə Ərəbistanı səfirliklərinə hücumlarda böyük təcrübəsi var. İran dövlətinin terrorçu mahiyyəti isə prinsipcə yeni xəbər sayılmır”, - deyə materialda qeyd edilir.

Daha ətraflı videosüjetdə:


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top