Seriallara baxmadığını deyən türk aktrisanı qınadılar

ŞOU-BİZNES 27 yan 2023, 22:20
Türkiyəli aktrisa Hazal Kayanın son açıqlaması tənqid hədəfinə çevrilib.

Demokrat.az xəbər verir ki, "Bambaşka sohbetler" proqramında qonaq olan aktrisa "İzlədiyiniz türk serialı var?" sualını cavablayıb:

"Türki serialı? Yox. Selahattin Paşalı (red. - aktyor) görə "Ömer"ə baxdım".

Onun bu cavab sosial media seqmentində qısa müddət ərzində paylaşılaraq müzakirələrə səbəb olub. İzləyicilərdən biri onun ünvanına "Sən kimsən görəsən? Aşağıladığın şeyin bir parçası olaraq millət sənə pul qazandırır. Bezdik artıq bu nankorlardan, haradan gəldiyini, nədən pul qazandığını unudub, ölkəsini kiçik görənlərdən və onlara gəlir qazandıran bizlırdən. Hazal elə bil Elizabet Teylordur" deyə, yazıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top