Özünü vəzifəli şəxs kimi təqdim edən dələduza cəza verildi

KRİMİNAL 27 yan 2023, 12:20
Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə ittiham olunan Fərid Kərimlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fərid Kərimli 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri seçilib. 

Fərid Kərimli məhkəmə zalından həbs edilib.

İttihama görə, əvvəllər də məhkum olunmuş Fərid Kərimli Aygün Mirzəyeva 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib. 

Fərid Kərimliyə qarşı Cinayət Məcəlləsinin 29.178.3.2-ci (külli miqdarda dələduzluğa cəhd) maddəsi ilə ittiham olunub.

Fariz Məlikli
Demokrat.az

  


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top