"Vardanyan özünü qanmaz yerinə qoymuşdu"

GÜNDƏM 26 yan 2023, 21:03
"Ruben Vardanyan Rusiya tərəfindən hazırlanmış bir proyektdir"

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Politoloq qeyd edib ki, o, Qarabağdakı prosesləri sabotaj etmək və Paşinyana qarşı alternativ rəqib kimi ortaya atılıb:

"Moskvada biznes sahəsində kirli keçmişi olan bu şəxsin Qərbdə asanlıqla qəbul olunacağını hesab etmirəm. Onun BBC "Hard Talk" proqramındakı çıxışının mətninə də baxsaq, açıq şəkildə aparıcının sualları sanki Vardanyanı rəzil duruma salmağa yönəlib. Çıxışını aldığı təlimatlar əsasında "humanitar böhran"a fokuslandırmağa çalışan bu qondarma lider fərqli suallardan yayınmağa çalışır, hətta ara-sıra özünü kobud desək, qanmaz yerinə qoyurdu. Onun aparıcı Stiven Sakurun Paşinyanla Vardanyanın münasibətlərinin zərərli olması, rəsmi İrəvanın onunla heç bir işgüzar əlaqə qurmaq istəməməsi ilə bağlı sualından yayınması, 1980-ci illərdə Azərbaycan məktəblərində keçirilən tarix kitabında “bu ərazilərin ermənilərə aid olduğu”nun yazıldığını iddia etməsinə qədər olan fikirləri Vardanyanın həm Bakı, həm də İrəvan üçün ortaq təhdid olduğunu göstərir.  Bu baxımdan, düşünmürəm ki, BBC kimi köklü media qurumu Vardanyan kimi cılız, həm də Moskva fiquru üzərində hansısa məqsədləri olsun".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top