İyunun 2-də Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Bako Saakyan Azərbaycanın 27-ci ildir işğal altında qalan Kəlbəcər rayonu ərazisində yeni istirahət mərkəzinin açılış mərasimində iştirak edib.
Demokrat.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
“Ari Rezort” adlı kurort zonası Kəlbəcərin “Nor Qetaşen”(“Yeni Çaykənd”) adlandırılmış kəndlərindən birində təşkil edilib.
B.Saakyan açılış mərasimindəki çıxışında bu kompleksin rejim ərazisində turizmin inkişafı üçün böyük stimul yaratdığını vurğulayıb.(Moderator.az)