ABŞ Ukraynaya "Abrams" tankları verməyə hazırdır

DÜNYA 24 yan 2023, 20:30
ABŞ digər ölkələrdən tədarükün qarşısını almaq üçün 10 "Abrams" tankını Ukraynaya təhvil verməyə hazırdır.

Demokrat.az bu barədə xarici mətbuata  istinadən xəbər verir .

Pentaqonun nümayəndəsi bildirib ki, ABŞ prezidenti Co Bayden Almaniyaya "Leopard" tədarük etməyə başlaması üçün təzyiqi artırmaq üçün Ukraynaya 10 "Abrams" tankı verməyə hazırdır.

Qeyd olunub ki,  Bayden administrasiyası bu həftə Ukraynaya xeyli sayda "Abrams M1" tankları göndərə bilər.

Ağ Ev hələlik bu barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Almaniya mətbuatı Almaniya kansleri Olaf Şolzun Ukraynaya  “Leopard” tanklarını təhvil vermək istəmədiyini , ABŞ-ın Ukrayna əsgərlərini öz “Abram”ları ilə təmin etmək istədiyi barədə məlumat vermişdi.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top