“Demokratiya bizim həyat tərzimizdir” — YAP-çı deputat

SİYASƏT 23 yan 2023, 20:05
“Təəssüf ki, Avropa hələ də müəyyən qüsurlara malikdir. O qüsurlardan biri də odur ki, Şərq ölkələrində inkişaf edən, yeniliyə meyl edən ölkələri qəbul edə bilmir. Əksinə, Azərbaycana dəstək verməkdənsə, Azərbaycanda gedən islahatları bəyənməkdən və öz köməyini göstərməkdənsə, Azərbaycana mane olmağa çalışır”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın fikrincə, təəssüf ki, Avropa Parlamenti bir qrup erməni millətçisinin iddiasını əllərində bayraq edir:

“Çox təəssülər ki, olmayan şeyləri Azərbaycanın adına yazmağa çalışırlar. 30 il Azərbaycan torpaqları işğal altında olanda, nədənsə, Avropa Parlamenti belə canfəşanlıqla belə bəyanatlar qəbul etməzdi. Amma indi Azərbaycanın ərazi bütövlüyünə xələl yaradırlar. Hesab edirəm ki, bu heç də onun imicinin yaxşılaşdırılmasına kömək edə bilməz. Bu, Avropa Birliyinin nüfuzuna salmağa xidmət edir, Azərbaycan isə bu cür bəyanatları rədd edir. Heç zaman özünün hüquqlarının qorunmasından çəkindirə bilməz. Biz dünyaya göstərdik ki, müstəqil dövlət qura bilirik. Demokratiya bizim həyat tərzimizdir. Regiona və dünyaya biz özümüzün müsbət töhfəmizi verə bilirik. Bu, belədir, bundan sonra da belə olacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top