"Ağrılardan, boğulmadan canı qurtardı"

ŞOU-BİZNES 22 yan 2023, 17:53
"Ayağına su gəlmişdi. Sonuncu dəfə bacısı cavab verdi mənə ki, hərarəti 34-ə düşmüşdü, güclə qaldırmışdılar".

Axşam.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O, bu gün səhər saatlarında dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevadan danışıb.

"Həyat yoldaşından soruşdum ki, qızı Zəhra bilir? Röyal danışa bilmir, çətindir. 24 saat Tünzalənin yanında o olub. Hər gün zəng edirdim, telefona cavab verəndə deyirdi ki, yenə məni öldürdülər? Bu gün ona zəng vuranda düşündüm ki, yenə cavab verib deyəcək ki, yalandır.

Özümə təsəlli verirəm ki, ağrılardan, boğulmalardan canı qurtardı. Nəfəs ala bilmirdi, boğulurdu" deyə, Ülviyyə bildirib.

Qeyd edək ki, Tünzalə uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top