“Qurani-Kərimin yandırılması hörmətsizlikdir”

DÜNYA 22 yan 2023, 15:06
İsveçin Baş naziri Ulf Kristersson Qurani-Kərimin yandırılmasını hörmətsizlik adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kristersson bununla bağlı tviter hesabında paylaşım edib.

"Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hisslərimi bildirmək istəyirəm”, - deyə Baş nazir yazıb.

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərim yandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top