Həbs olunan Alves klubdan qovuldu

İDMAN 22 yan 2023, 00:29
“Pumas” klubu “Barselona”nın və Braziliya millisinin həbsdə olan sabiq müdafiəçisi Dani Alveslə müqaviləyə xitam verib.

Demokrat.az
xarici KİV-ə istinadla bildirir ki, bu barədə Meksika komandasının rəsmi saytında məlumat yerləşdirilib. “Pumas” prezidenti Leopoldo Silva hadisəyə belə münasibət bildirib:

“Klub bu gündən etibarən oyunçu Dani Alves ilə əmək müqaviləsinə xitam vermək qərarına gəlib. Bu qərarla qurumumuzun heç bir üzvünün ruhumuza və dəyərlərimizə zidd hərəkətlərinə dözməmək öhdəliyimizi bir daha təsdiqləyirik.

Təşkilatımız cəmiyyətdə, Meksikada və dünyanın hər bir ölkəsində örnək olduğu üçün oyunçularının meydanda və meydandan kənarda hörmətini, dürüstlüyünü, ləyaqətini və peşəkar davranışını dəstəkləyir.

Biz bir nəfərin davranışının tarix boyu ölkəmizdə gənc idmançıların yetişdirilməsində və inkişafında nümunə olan fəlsəfəmizə xələl gətirməsinə icazə verə bilmərik”.

Xatırladaq ki, 39 yaşlı Alves yanvarın 20-də Barselonaya polis bölməsində dindirilmək üçün gəlib, daha sonra nəzarətə götürülüb. Alves Kataloniya paytaxtında gecə klubunda gənc qadına təcavüz etməkdə şübhəli bilinir.

Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top