Bakıda “Yaşıl ada” restoranında qadın üstündə dava —TƏFƏRRÜAT

HADİSƏ 20 yan 2023, 19:02
Bakının Nəsimi rayonunda 1982-ci il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində Aydına (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 10-da “Yaşıl ada” restoranında baş verib. 

Ülvi resrotranda müştəri qismində olarkən orada digər masada əyləşmiş Aydının tanışı Səbinənin rəqsə dəvət etməsi səbəbindən onunla restoranın rəqs meydanında aralarında mübahisə baş verib. 

Mübahisə zamanı Ülvi əli ilə bir dəfə Aydının boyun nahiyyəsindən vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Ülvinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yanvarın 10-da, saat 21.30-da tanışı Vahidlə birlikdə “Yaşıl ada” restoranında pivə içən zaman tanıdığı Aydın və Səbinə ora gəliblər: “Mən rəqs edərkən Səbinəyə başım ilə işarə edərək salamlaşdın. Bu zaman Aydın mənə yaxınlaşaraq nə məqsədlə onunla bir masada əyləşən xanımı rəqsə dəvət etməyimi irad tutdu. Həmin vaxt Aydın sinə nahiyyəmdən itələmədiyinə görə əsəbləşdim. Bir dəfə şillə ilə onun boyun nahiyyəsinə vurdunm. Daha sonra orada olan tanımadığım şəxslər bizi ayırdı. Mən isə getdim”.

Təqsirləndirilən şəxs deyib ki, hazırda zərərçəkmiş şəxslə barışıb. Onun sözlərinə görə, 2-ci dərəcəli əlildir, gözünün biri protezdir.  O, barəsində yüngül cəza verilməsini xahiş edib. 

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ülvi 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, həmçinin 7.000 manat məbləğində cərimə olunub. 

Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı yaşadığı Yasamal rayonundakı mənzilinin hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top