Şəhid övladlarına bu güzəştlər ediləcək

SOSİAL 20 yan 2023, 15:12
“Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər”. 

Demokrat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Onun sözlərinə görə, şəhidlərimizin övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər: 

"Bundan əlavə, şəhidlərimizin  valideynləri, həyat yoldaşları ilə yanaşı övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu”.

V.Bayramov bildirib ki, dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır:

"Bu, şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”. //Bakıvaxt.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top