Hamı Laçın yolundakı aksiya barədə maraqlanır — NAZİR

XARİCİ SİYASƏT 20 yan 2023, 10:32
"Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır. Bəziləri orada blokada təsəvvürü yaratmağa çalışırlar".

Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan dövlətinin mövqeyi açıqdır. Azərbaycan tərəfi əlindən gələni edir. Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır", - deyə XİN rəhbəri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top