“Ermənistan getdikcə Rusiyanın təsirindən çıxacaq”

GÜNDƏM 17 yan 2023, 23:19
"Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti hər bir halda qanunsuzdur". 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib. 

Politoloq qeyd edib ki, Rusiya Vardanyanı təzyiq üçün ora yerləşdirib:

"Lakin artıq Qarabağda parçalanma var və ermənilər arasında Vardanyanın nüfuzu o qədər də yüksək deyil. Rusiya Vardanyanın vasitəsilə Ermənistana təzyiq göstərir. 

Buna baxmayaraq, Ermənistanın Qərbə yaxınlaşma prosesi davam edəcək və Ermənistan getdikcə Rusiyanın təsirindən çıxacaq. Rusiya isə öz növbəsində təzyiqlərini artıracaq. Hesab edirəm ki, Rusiyanın Ukraynada bataqlığa batdığı və Qərbin ona qarşı aqressiyasının artdığı bir zamanda Ermənistana qarşı hansısa ciddi addım atması ağlabatan deyil".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top