"Mineral xammal ehtiyatları Ermənistana daşınıb" — Geoloq

SƏNAYE VƏ ENERGETİKA 17 yan 2023, 11:55
Şərqi Zəngəzur iqtisadi zonası Erməni işğalı altında olub. 2022-ci böyük zəfərdən sonra ilk fəaliyyəti mineral xammalı yenidən qiymətləndirmək idi. Bu monitorinq keçirilib. Qiymətləndirmə başa çatmaqdadır. İşğal dövründə qanunsuz istismarın dəyəri müəyyənləşir və müvafiq dövlət qurumlarına veriləcək. Bu da hüquqi təzminat davasının açılmasına xidmət edəcək.

Demokrat.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 1991-ci ildən sonra Azərbaycan ərazisində mineral xammal ehtiyatlarının istismarı ilə məşğul olublar. Burada Kanada Avstraliya, ABŞ, İngiltərə, İsveçrə, Rusiya, Hindistan və digərləri olmaqla 30 ölkə iştirak edib. Bu fəaliyyət nəticəsində beynəlxalq mineral xammal ehtiyatları Ermənistana və digər ölkələrə aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top