"Rusiya və Ermənistan arasında gərginlik bizim maraqlarımıza cavab verir" — Ekspert

GÜNDƏM 16 yan 2023, 23:09
"Rusiya və Ermənistan arasında gərginlik bizim maraqlarımıza cavab verir. Artıq məsələ  o həddə çatıb ki, Ermənistan rəsmiləri ölkənin KTMT-dən çıxması barədə fikirlər irəli sürürlər. Əvvəllər daha qeyri-rəsmi formada deyilirdi, ancaq indi  rəsmi formada deyilir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, tarixdə ilk dəfədir ki, rus-erməni münasibətləri bu qədər pik nöqtəyə gəlib:

"Bu da təbii ki, Azərbaycanın maraqlarına cavab verir. Biz ən yaxın tarixdən də görə bilərik ki, Ermənistan-Rusiya münasibətləri nə qədər  gərginləşsə, bu, bir o qədər də Azərbaycanın maraqlarına cavab verir. Ona görə də, qarşıdurma daha da dərinləşsə, Azərbaycan üçün bu il imkanlar yaranacaq ki, Qarabağ ərazisində digər məsələlər də irəliyə gedə bilsin. Hətta, Zəngəzur cəbhəsində də Azərbaycan irəliyə doğru addımlar ata bilər.  Ermənistanla birdəfəlik sərhəd problemlərini də həll edə bilər və Azərbaycan belə vəziyyətdə Ermənistana öz şərtlərini tam şəkildə diqtə edə bilər".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top