Mustafa Şentop: “Konkret addımların atılmasını gözləyirik”

REGİON 13 yan 2023, 23:54
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İsveçdə baş verən hadisənin ictimaiyyətdə böyük hiddət doğurduğunu bildirib.

Demokrat.az
"TRT haber"ə istinadən xəbər verir ki, TBMM sədri qarşı tərəfdən təcili olaraq konkret addımların atılmasını gözlədiklərini deyib. 

İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyəyə səfərini ləğv edən TBMM sədri Mustafa Şentop Norlenlə telefon danışığı aparıb.

Terror təşkilatının hərəkətinə Türkiyənin reaksiyasını telefonla ifadə edən Şentop, bildirib ki, hadisə cəmiyyətdə böyük hiddət doğurub. Təcili olaraq bu hərəkəti edənlərin müəyyən edilərək tədbir görülməsini və bu kimi hadisələrin qarşısının alınması üçün konkret addımların atılmasını vurğulayıb.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda tarixi bələdiyyə binası qarşısında toplaşan bir qrup terror təşkilatı YPG/PKK tərəfdarı prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top