Yoluxanların sayı açıqlandı — Daha 4 ölüm (FOTO)

SOSİAL 12 yan 2023, 16:46
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 528 nəfər müalicə olunaraq sağalıb, 10 037 nəfər vəfat edib, aktiv xəstə sayı 570 nəfərdir.

Ölkədə son sutka ərzində 2 024, hazırkı dövrədək isə 7 451 931 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top