Ərdoğan: “Türkiyə Avropadan fərqli olaraq nümunəvi mövqe nümayiş etdirir”

REGİON 11 yan 2023, 19:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin terror yuvasına çevrildiyini deyib.

Bu barədə o, prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında danışıb.

“Bu gün NATO-dakı və ya BMT-nin çətiri altında bir yerdə olduğumuz bəzi ölkələr quldurların sığınacağına çevrilib. Təəssüf ki, terrorçuların məsuliyyətə cəlb olunması üçün heç bir səy göstərilmir.

Avropada yuva quran terror tərəfdarlarına qarşı tədbir görməyə gecikdikləri hər gün təhlükə artacaq və xərçəng hüceyrəsi kimi bütün bədənə yayılacaq”.

O qeyd edib ki, Türkiyə nümunəvi mövqe nümayiş etdirir:

“Biz münaqişə zonalarından qaçan dörd milyondan çox məzlum və qurbana qucaq açmışıq. Qapımıza gəlib ölkəmizə sığınan heç kəsi zorla geri qaytarmamışıq. Biz heç kimi əqidəsinə, mənşəyinə görə ayırmamışıq. Suriyanın şimalında təhlükəsizlik mühiti yaxşılaşdıqca suriyalıların evlərinə qayıtması sürətlənir. 550 min qaçqın geri qayıtdı.

Qara dəniz vasitəsilə “Taxıl dəhlizi” və əsir mübadiləsi müqaviləsini həyata keçirmək məqsədilə milyardlarla insanın həyatına təsir edən ərzaq və enerji böhranının həll edilməsinə töhfə veririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top